“Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edildi

18:02 - 21 Dekabr 2021

“Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edildi

Prezident İlham Əliyev “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Manşet.az xəbər verir ki, sənədə əsasən, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib.

Müəyyən edilib ki, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də səlahiyyətli orqan dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

 “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin 3.7-ci bəndinin ikinci cümləsində, 4.3-cü bəndinin üçüncü cümləsində, 5.1.6-cı, 6.1.11-ci, 8.6.6-cı yarımbəndlərində və 8.8-ci bəndində nəzərdə tutulmuş aktları altı ay müddətində qəbul etməli;

“Aqroparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn digər vəzifələri həyata keçirməlidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az