İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri Açıqlandı

18:14 - 21 Dekabr 2021

İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri Açıqlandı

Prezident İlham Əliyevin bu gün nizamnaməsini təsdiqlədiyi İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi 4 istiqamətdə fəaliyyət göstərəcək.

Manşet.az xəbər verir ki, bunlar aşağıdakılardır:

- müvafiq sahədə dövlət siyasətinin və göstərilən dövlət dəstəyi tədbirlərinin formalaşdırılmasında iştirak etmək, bu istiqamətdə tənzimləməni həyata keçirmək;

- iqtisadi zonalarla bağlı görülən işlərin səmərəliliyinin artırılması və yeni iqtisadi zonaların yaradılması üçün tədbirlər hazırlamaq, habelə onların həyata keçirilməsini təmin etmək;

- iqtisadi zonaların infrastruktur tələblərini müəyyən etmək, onların həyata keçirilməsi ilə bağlı Nazirliyə və digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az