Neçə nəfər peyvənd Olundu?

18:53 - 21 Dekabr 2021

Neçə nəfər peyvənd Olundu?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 365 vaksin vurulub.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 985, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 22 622 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 097 316, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 144 676, ikinci mərhələ üzrə 4 645 903 nəfər təşkil edir.

Ümumilikdə isə 1 306 737 “buster” doza vurulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az