Məşhur repçi xərçəngdən ÖLDÜ

19:51 - 22 Dekabr 2021

Məşhur repçi xərçəngdən ÖLDÜ

Cənubi Koreyada iki dəfə Qış Olimpiya Oyunlarının qalibi olmuş idmançının məşqçisi ilə aralarında olan mesajlara görə yarışlardan 2 ay müddətinə kənarlaşdırıldığı bildirilib.

Manşet.az xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb. Koreya Konkisürmə Assosiasiyasının açıqlamasına görə (KSU) şort-trekdə iki Olimpiya qızıl medalı qazanan Şim Suk Hee məşqçisi ilə yazışarkən komanda yoldaşlarını təhqir edib. Nəticədə iki ay müddətinə yarışlardan kənarlaşdırılıb.

KSU İntizam Komitəsinin sədri Kim Seong Çeol bildirib ki, Şimin hərəkətləri idmanın nüfuzuna xələl gətirir.

Şimin sözügedən qərara etiraz etməyəcəyi təqdirdə, fevralın 4-də başlaması planlaşdırılan 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında olmayacağı bildirilib.

Milli komandadan üzr istəyib-istəməməklə bağlı suala isə idmançı cavab verməyib.

Bu Şimin üzləşdiyi ilk belə hadisə deyil. İdmançı 2018-ci il Olimpiadası zamanı həmkarı Çoy Min-Jongu bilərəkdən geri saldığını düşündüyü bir məşqçi ilə yazışmalardan sonra bütün dünya kuboku mövsümü boyunca millidən uzaqlaşdırılmışdı. 
 
(Qaynarinfo)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az