Azərbaycanda pensiyalar ARTDI - RƏSMİ

17:04 - 24 Dekabr 2021

Azərbaycanda pensiyalar ARTDI - RƏSMİ

Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.

Manşet.az Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az