Bu peyvəndin üç dozası belə “Omicron”dan qorumayacaq - ARAŞDIRMA

17:29 - 24 Dekabr 2021

Bu peyvəndin üç dozası belə “Omicron”dan qorumayacaq - ARAŞDIRMA

Son araşdırmalara görə, Çinin COVID-19-a qarşı istehsal etdiyi "Sinovac” peyvəndinin üçüncü dozası "Omicron” variantına qarşı kifayət qədər qorunma təmin etmir.

Manşet.az xəbər verir ki, Honq Konq Universiteti (HKU) və Çin Honq Konq Universiteti tərəfindən  "Sinovac” peyvəndi ilə bağlı araşdırma aparılıb.

Tədqiqat nəticəsində məlum olub ki, "Sinovac” peyvəndinin 3-cü dozası virusu məhv etmək üçün kifayət qədər antikor istehsal etmir.

Digər tərəfdən, "Sinovac” peyvəndinin ilk iki dozasını alanlara "Pfizer-BionTech” peyvəndinin üçüncü dozası tətbiq edildiyi təqdirdə bunun kifayət qədər qorunma təmin etdiyi bildirilib.

Tədqiqata rəhbərlik edən Honq Konq Universitetindən professor Malik Peiris bildirib ki, gücləndirici "Pfizer” peyvəndi "Omicron” variantına qarşı optimal qorunma təmin edəcək.
sfera.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az