Vatsapa yeni funksiya GƏLDİ

20:42 - 24 Dekabr 2021

Vatsapa yeni funksiya GƏLDİ

Vatsap istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək.

Manşet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Messencer şəkil, video və ya GIF animasiyası olan mesajın göndərildiyi şəxsləri seçmək və ya statusa məzmun dərc etmək imkanı verəcək. Hazırda bu, yalnız "Kamera" bölməsindən fayl göndərildikdə mümkündür.

Yeni funksiya ilə birlikdə vatsapda media məzmununun seçilməsi üçün xüsusi düymə görünəcək.

Bu funksiya hazırda yalnız Android üçün vatsapın beta versiyasında mövcuddur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az