Misir Mərdanov vəzifəsini itirdi - Baş nazirdən əmr

12:12 - 28 Dekabr 2025

Misir Mərdanov vəzifəsini itirdi - Baş nazirdən əmr

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb.


Manset.az Editor.az-a istinadən xəbər verir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu texnika elmləri doktoru əvəzi Elxan Səbziyevdir.

Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru, tez-təz qalmaqallı açıqlamaları ilə medianın gündəminə gələn Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az