Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

17:55 - 28 Dekabr 2025

Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Ukraynada davam edən müharibədə Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən Şəmkir rayon sakini Qarayev Elvin Fəxrəddin oğlu həlak olub.


Manset.az Modern.az- a istinadən xəbər verir ki, bu barədə məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.

Məlumata görə, Elvin Qarayev bir müddət idi itkin düşmüş hesab olunurdu. Sonradan onun nəşinin tapıldığı bildirilir. Nəşin sabah Bakıya göndəriləcəyi, daha sonra isə Şəmkir rayonunda dəfn olunacağı qeyd olunur.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az