Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 35 sm-ə çatıb.
Manset.az xəbər verir ki, bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 35, Parağaçaq Qar Uçqunu Stansiyasında 12, Şahbuz rayonunun Kükü kəndində 28 sm, Biçənək kəndində 22 sm, Şərurun Axura kəndində isə 12 sm qeydə alınıb.