Azərbaycandakı QHT nümayəndələri Cəbrayıldadır

16:19 - 25 Dekabr 2021

Azərbaycandakı QHT nümayəndələri Cəbrayıldadır

Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb.

Manşet.az xəbər verir ki, 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində "Dostluq" bulağı ilə tanış olması nəzərdə tutulur.

QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az