Aylarla davam edən pəhriz, davamlı idmanla vaxt itirmək istəməyənlər olduqlarında daha az çəkili görünmək üçün qarderobunda və tərzində bir az dəyişiklik etməlidir.
Manset.az kiçik toxunuşlarla daha incə görünməyin yollarını təqdim edir.
Üst geyimi şalvar və ya ətəyin içinə salmaq
Köynəyin bir hissəsini və ya tam şəkildə digər geyimin içinə salıb bir az sərbəst buraxın. Burada vacib olan, aşağıdan geyindiyiniz şalvar və ya ətəyin yüksək belli olmasıdır.
Düzgün rəng seçimi
“Qara rəng sizi daha arıq göstərəcək” məsləhətini hər xanım ən azı bir dəfə eşidib. Bu heç də yanlış tövsiyə deyil, amma dəbdə çox gözəl rənglər olduğu halda hər gün qara geyinmək o qədər də cəlbedici səslənmir. Qara qəşəng və incə görünüş versə də, bir müddət sonra cansıxıcı olmağa başlayacaq. Daha incə görünmək digər rənglərin tünd çalarlarına da üstünlük verə bilərsiniz. Məsələn, qar kimi ağ köynək yerinə krem rənglisini seçin.
Ayaqqabı seçimi
Ölçülərinizə uyğun paltar seçdikdən sonra sıra ayaqqabılara gəlir. Səhv ayaqqabı seçimi boyunuzu 10 sm qısa və ya 5 kiloqram artıq çəkili göstərə bilər. Lakin bu uzun topuqlu ayaqqabı seçməli olduğunuz mənasına gəlmir. Hündürdaban və ya dabansız fərq etməz, dərin kəsikli ayaqqabılar boyu vizual olaraq uzadır və incə görünməyinizə yardımçı olur.
Aksesuarlar
Zinət əşyaları hər geyimə dəyər qatır, onu fərdiləşdirir. Bu həmçinin daha incə görünməyə və ya vurğulamaq istədiyiniz bədən hissələrini vurğulamağa kömək edir. Məsələn, uzun sırğalar incə, uzun boyun və körpücük sümüyünü vurğulayır. Boyunbağılar isə dekolte və boyun hissəni önə çıxarır. Lakin boyunbağı çox uzun olmamalıdır, əks halda qarın boşluğunda sallanaraq diqqəti ondan uzaqlaşdırmaq əvəzinə tam əksi orada çəkəcək.
Kiçik toxunuşlar
Boyuna qədər qapalı köynəklər yerinə sinədəki körpücük sümüklərini önə çıxaran üst geyimlərə üstünlük verməyə çalışın. Qısa ətəklər isə tövsiyə olunmur. Əgər bel hissəniz çəkilidirsə, pencək geyinin. Gödəkçə, bədənin fiqurundan asılı olaraq bel, omba və ya daha yuxarı hissələri örtə biləcək qədər uyğun ölçülərdə seçilməlidir.