Mübariz Qurbanlı onu Aparat rəhbəri TƏYİN ETDİ - FOTO

10:30 - 27 Dekabr 2021

Mübariz Qurbanlı onu Aparat rəhbəri TƏYİN ETDİ - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

Manset.az report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

Əmrə əsasən, qurumun Aparat rəhbəri vəzifəsinə Amil Cavadov gətirilib.

O, bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi işləyib. Eyni zamanda, bu il sentyabrın 13-də Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az