Xoşqədəm Hidayətqızı icra başçısını sərt tənqid etdi - VİDEO

13:33 - 09 Yanvar 2026

Xoşqədəm Hidayətqızı icra başçısını sərt tənqid etdi - VİDEO

“ARB” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib.


Manset.az xəbər verir ki, aparıcı verilişin ötən günkü buraxılışında bəzi dövlət qurumları ilə işləməyin çətinliyindən danışıb. O bildirib ki, bir sıra qurum rəhbərlərinin qəbuluna düşmək demək olar ki, mümkün deyil:

“Bəzi qurumlarla işləmək çox çətindir. Onların qəbuluna düşmək qeyri-mümkündür. Mənim üçün ən çətini xarici ölkələrdə araşdırma apararkən oranın hüquq-mühafizə orqanlarından cavab almaqdır, amma 15 dəqiqə içində alıram”.

Əməkdar jurnalist xüsusilə Tovuz rayonunun icra başçısından cavab ala bilmədiyini vurğulayıb:

“Gördüyünüz kimi, dünəndən Tovuz rayonunun icra başçısını tapa bilmirəm. Nəinki jurnalisti, ümumiyyətlə hər bir sıradan insanı qəbul etmək icra başçısının və dövlət qurumu rəhbərinin birbaşa borcudur. Çünki cənab Prezident onları insanlarla işləmək üçün təyin edib. Vəzifədə olan hər bir insan bu etimadı doğrultmalıdır.”




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az