Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var

00:30 - 26 Mart 2026

Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var

FİFA 2026-cı il dünya çempionatında azarkeş sayının gözləniləndən az olması problemi yarana bilər.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, ABŞ şəhərlərində oyunlara tələbat zəifdir. Bəzi otellər azarkeşləri cəlb etmək üçün qiymətləri kəskin endirərək 2000 avroya qədər endirimlər təklif edir.

Təşkilatın daxili qiymətləndirmələrinə görə, San-Fransiskoda keçiriləcək Qətər - İsveçrə və Şotlandiya yığmasının Haitiyə və Mərakeşə qarşı oyunlarında stadionun yarısından çoxu boş qala bilər. Boş yerləri doldurmaq üçün kollec tələbələrinə pulsuz biletlər paylanması variantı nəzərdən keçirilir.

Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək. Sonuncu turnirin qalibi finalda Fransanı məğlub edən Argentina millisi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az