"Onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var" - Natiq Məmmədli

16:08 - 09 Yanvar 2026

\"Onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var\" - Natiq Məmmədli

Onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var.


Manset.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin inkişafı üçün maarifləndirmə tədbirləri davamlı olmalıdır:

"Azərbaycan publisistikası çox uzun və çətin yol keçib. Əgər məqsədimiz maarifləndirmədirsə, bunun üçün davamlı fəaliyyət göstərməliyik. Ola bilər ki, bizə hansısa idmançı lazımdır, onu xaricdən gətirə bilərik. Amma biz xaricdən ölkəmizə Azərbaycan dilində yaxşı danışan bir adam gətirə bilmərik. Mediada praktiki tərəflərə daha çox yer ayrılmalıdır".

N.Məmmədli əlavə edib ki, onlayn media və qəzetdəki yazılar bir-birindən fərqlənir:

"Onlayn medianın dili hansı standartlara cavab verməlidir? Bunun üzərində çalışılmalıdır".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az