Quldurluq edən şəxsdən narkotik vasitə aşkarlandı - VİDEO

09:45 - 13 Yanvar 2026

Quldurluq edən şəxsdən narkotik vasitə aşkarlandı - VİDEO

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında mənzilə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək ondan pulların yerini deməsini tələb edib. 


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az