Bu rayonda 3 saat işıq olmayacaq

11:46 - 13 Yanvar 2026

Bu rayonda 3 saat işıq olmayacaq

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.


Manset.az xəbər verir ki, yanvarın 13-də Şahbuz rayonunda "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən təmir-bərpa işləri aparılacaq.

Təmir işləri Şahbuz rayonunda yerləşən /35/10 kV-luq yarımstansiyadan qidalanan 10 kilovoltluq "Qəsəbə 7" və "Qəsəbə 1" hava elektrik verilişi xətlərində həyata keçiriləcək.

Bu səbəbdən, saat 13:00 dan 16:00-dək Şahbuz şəhərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az