Koronavirus xəstəsi təcili tibbi yardım maşınında qəzaya düşdü

17:01 - 27 Dekabr 2021

Koronavirus xəstəsi təcili tibbi yardım maşınında qəzaya düşdü

Qaxdan koronavirus xəstəsini aparan təcili tibbi yardım maşını Şəkidə qəzaya düşüb.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az