Azərbaycanın Milli Qəhrəmanı, İsveç Krallığının Malmö şəhərində vəfat edən Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, cənazə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə vətənə gətirilib.
Qeyd edək ki, mərhumla vida və dəfn mərasimi yanvarın 16-da saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.