Təzyiqin kəskin artmasının yeni SƏBƏBİ

01:30 - 16 Yanvar 2026

Təzyiqin kəskin artmasının yeni SƏBƏBİ

Lateral parafasyal sahə — baş beyin kökündə yerləşən sinir yığınıdır və həzm, nəfəs və ürək döyüntüsü kimi avtomatik funksiyaları idarə edir. Bu sahə həmçinin insan güləndə, idmanla məşğul olanda və ya öskürərkən aktivləşir. 


Manset.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, yeni Zelandiyadan olan tədqiqatçılar iddia edirlər ki, bu sahə həmçinin qan damarlarını daraldan sinirləri aktivləşdirə bilər, bu isə qan təzyiqini yüksəldərək hipertoniya yarada bilər.

Laboratoriyada tədqiqatçılar bu sahədəki sinirləri həm aktivləşdirib, həm də susduraraq qan təzyiqini izləyiblər və aşkar ediblər ki, lateral parafasyal sahə aktiv olduqda qan təzyiqi yüksəlir, susdurulduqda isə azalır.

Bu təzyiqi artıran sinirlər simpatik sinir sisteminin (yəni könüllü olmayan sinir sistemi) bir hissəsidir. Bu sistem həmçinin bədənin "döyüş və qaç” reaksiyasına cavabdehdir. Tədqiqatçılar aşkar edib ki, sinirlərin aktivliyini azaltmaq aktiv nəfəsi dayandırır və qan damarlarının divarlarını yumşaldır, nəticədə qan təzyiqi normaya dönür.

Yeni beyin sahəsi aşkar edildi

Oklend Universitetindən fizioloq, tədqiqatın rəhbəri Julian Paton bildirib:

"Biz yüksək qan təzyiqinə səbəb olan yeni beyin sahəsini tapdıq. Bəli, beyin hipertoniya üçün günahkardır! Yüksək qan təzyiqi zamanı lateral parafasyal sahə aktivləşir və komandamız bu sahəni deaktiv etdikdə, qan təzyiqi normala döndü".

Tədqiqat siçanlar üzərində aparılı və indi alimlər bunu insanlarda yoxlamağın yolunu tapmalıdırlar ki, nəticələr təsdiqlənsin.

Tədqiqatçılar artıq qeyd ediblər ki, nəticələr yüksək qan təzyiqinin yeni müalicə üsullarının hazırlanmasında istifadə oluna bilər. Bu üsullar beyin sinirlərini sakitləşdirərək xəstəliyi idarə etməyə yönələcək.

Bundan başqa, araşdırmalar göstərir ki, hipertoniya beyinlə əlaqəli ola bilər: beyin bütün bədənə ürək döyüntüsü və qan damarlarının ölçüsünü tənzimləyən siqnallar göndərir. Məsələn, 2025-ci ilin iyununda M. Anderson Onkoloji Mərkəzi tərəfindən yayımlanan araşdırmalar göstərir ki, hipotalamus (simpatik sinir sistemini idarə edən beyin sahəsi) yüksək qan təzyiqi ilə bağlı ola bilər.

Alimlər aşkar ediblər ki, bu sahənin həddindən artıq aktivliyi qan təzyiqini yüksəldir və ürək xəstəlikləri, həmçinin demensiya riskini artırır.

Normal və yüksək qan təzyiqi göstəriciləri

Normal qan təzyiqi 120/80 mm c.s.-dən aşağıdır. Birinci rəqəm ürək sıxıldıqda arteriya divarlarına düşən təzyiqi, ikinci rəqəm isə ürək boşalanda arteriya divarlarına düşən təzyiqi ölçür.

120/80 mm c.s.-dən yuxarı qan təzyiqi yüksək hesab olunur.

Həkimlər insanlara qan təzyiqini azaltmağı tövsiyə edirlər, çünki yüksək təzyiq qan damarlarına zərər verə və insult, infarkt və demensiya riskini artırır.

Hipertoniya adətən qan damarlarını rahatladan dərmanlarla müalicə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az