Sərxoş sürücü yolda təhlükə yaratdı - VİDEO

11:22 - 16 Yanvar 2026

Sərxoş sürücü yolda təhlükə yaratdı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 4-cü taqımının əməkdaşları tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrində hərəkət zamanı kobud qayda pozuntularına yol verən VAZ-2102 markalı, 23-BX-550 nömrə nişanlı nəqliyyat vasitəsinə "saxla" işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, hərəkətini davam etdirib.


Manset.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun tədbirlər görülərək nəqliyyat vasitəsi saxlanılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az