Bu marşrut üzrə qatarların hərəkət cədvəli yenilənir - FOTO

19:26 - 16 Yanvar 2026

Bu marşrut üzrə qatarların hərəkət cədvəli yenilənir - FOTO

Yanvarın 21-dən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.


Manset.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reys yerinə yetirəcək.

İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində təyin edilən ekspres tipli qatar Biləcəri stansiyasında da dayanacaq. Həmçinin Sumqayıt-Pirşağı-Bakı xətti üzrə saat 08:00-da əlavə reys təyin edilib. Bu xətt üzrə Sumqayıtdan saat 07:30-da, eləcə də saat 08:00-da hərəkət edən ekspres qatarlarına Bakıxanovda dayanacaq veriləcək.

Bundan başqa, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 18:05-də hərəkət edən ekspres qatarı Sabunçu vağzalında da dayanacaq.

ADY-dən bildirilib ki, qrafikin dəyişdirilməsi qatarlardan birinin zəruri və planlı təmir səbəbindən dövriyyədən çıxarılması ilə bağlıdır.

Şənbə və bazar günlərində şəhərətrafı qatarların hərəkət cədvəli dəyişiklik edilmədən qüvvədə qalacaq.

Qeyd edək ki, ADY hərəkətin təhlükəsizliyinin, hərəkət vasitələrinin təhlükəsiz istismarının və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə davamlı olaraq infrastrukturu yeniləyir, hərəkət tərkiblərinin (qatar, lokomotiv, vaqon və s.) texniki baxışını və təmirini həyata keçirir.

Yeni hərəkət cədvəli ilə tanış olmaq üçün keçid edin: https://ticket.ady.az/az/yeni-hereket-cedveli


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az