Su ilə bağlı Dövlət Proqramında əsas detallar nələrdir? - Ceyhun Musaoğlu açıqladı

23:24 - 17 Yanvar 2026

Su ilə bağlı Dövlət Proqramında əsas detallar nələrdir? - Ceyhun Musaoğlu açıqladı

“Cənab Prezidentin imzaladığı su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı böyük hadisədir”.


Manset.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamı ölkənin su təhlükəsizliyi üçün mühüm hadisə adlandıraraq, proqramın genişmiqyaslı hədəflərini açıqlayıb.

“Konkret proqram var, müddət var, görülməli iş var, görüləcək iş var, işin həcmi var, konkret ünvanlar var, 3 istiqamətdə – su, tullantı su, yağış sularının idarə olunması istiqamətində planlı tapşırıqlar var. Proqram kimi proqram.

Şövqlə qarşıladığımız Dövlət Proqramından əziz həmkarlar və dostlarımız üçün çıxarışlar etmişik. Sadə, aydın, informasiya qaynağı qaynar və zəngin.

Bir nümunə:

Oğuz−Qəbələ−Bakı su kəmərinin mənbəyində subartezian quyularının və I−II Bakı su kəmərlərinin mənbələrinin bərpası;

Oğuz−Qəbələ−Bakı su kəmərinin mənbəyində subartezian quyularının və Bakı şəhərinin su kəmərlərinin mənbələrinin bərpası nəticəsində içməli su həcminin saniyədə 1 kubmetr artırılması.

Belə ardıcıllıqla düzmüşük, ictimaiyyətlə bölüşəcəyik.

Jurnalist kimi qənaətim belədir: Dövlət Proqramının icrasının böyük nəticələr verməsi naminə hər birimiz bacardığımız dəstəyi göstərməliyik. Xüsusən də mediadan gözlənti böyükdür. Yazaq, çəkək, göstərək, əlbəttə, problemi də birgə aradan qaldırmağa çalışaq, elə əsas işimiz də bu. 

Dövlət Proqramının icrası informasiya mühitinə də böyük təsir göstərəcək. Yazmağa, çəkməyə, göstərməyə xeyli tikinti-quruculuq işləri var.

Yetər ki, Dövlət Proqramına fövqündən baxaq, onda aydın görə, göstərə biləcəyik.

Ensək, sosial şəbəkə zirzəmisinə düşərik. Media prosesin arxasınca düşməz, prosesi arxasınca aparar. Prosesin məqsədi 10 il ərzində əhalinin fasiləsiz içməli su təminatını 95 faizə çatdırmaqdır. Mübarək yol zirvəyə aparar”, – deyə paylaşımda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az