14 yaşlı qız nişanlandı - Komitə və polis hərəkətə keçdi

23:21 - 28 Dekabr 2021

14 yaşlı qız nişanlandı - Komitə və polis hərəkətə keçdi

İmişli rayonunda 14 yaşlı qızın nişanlanması ilə bağlı məlumat yayılıb.

Manset.az xəbər verir ki, məsələ barədə Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, İmişli Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, eyni zamanda, İmişli rayon hüquq-mühafizə orqanları ilə əlaqə saxlanılıb:

“Məsələ ilə bağlı müzakirə aparılıb və aidiyyəti tədbirlər görülüb. Belə ki, hər iki tərəfin valideynləri İmişli RPŞ-nə dəvət olunaraq, onlara bu hadisənin hüquqazidd olması və məsuliyyətə səbəb olması haqqında məlumat verilib.

Məsələ aidiyyəti qurumların nəzarətindədir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az