Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanov ilə bağlı sensassison iddialar yayılıb.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, iddialara görə, Vüqar Qurbanov TƏBİB-ə rəhbərlik etdiyi dövrdə ABŞ-də yaşayan azərbaycanlı jurnalist ilə əməkdaşlıq edib və ona Azərbaycanın Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən materialların hazırlanması ilə bağlı sifariş göndərib.
Bundan sonra isə sözügedən jurnalist tərəfindən nazirliyin fəaliyyəti ilə bağlı ardıcıl olaraq qərəzli və tənqidi paylaşımlar edilib.
Sözügedən jurnalistin adı redaksiyamıza bəllidir, dəqiqləşdirmə aparıldıqdan sonra adı oxuculara açıqlanacaq.
Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ötən həftə vəzifəsindən azad edilib.