Futbol mərcləri araşdırması çərçivəsində həbs edilən "Qalatasaray" futbolçusu Metehan Baltacının cəzası ilə bağlı ittihamnamə tərtib edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçunun 4 ildən 13 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilib.
Araşdırma çərçivəsində hazırlanan ittihamnamədə Baltacı "informasiya sistemlərinin, banklar və ya kredit müəssisələrinin vasitə olaraq istifadə edilməsi ilə dələduzluq" və "hiylə və mükafat artırma" cinayətlərindən mühakimə olunur.