Bu tələblər sərtləşdirildi - Sürücülərin nəzərinə

13:48 - 31 Mart 2026

 Bu tələblər sərtləşdirildi - Sürücülərin nəzərinə

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib.


Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:

- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;

- avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az