Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hava müdafiə sistemlərinin işə salınmasının ardından partlayış səsləri eşidilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Dubay Hökumətinin Media Ofisinin ABŞ mərkəzli "X" şirkətinin sosial platformasında yayımlanan açıqlamasında hadisələr barədə məlumat verilib.
Səslərin hava müdafiə sisteminin müdaxiləsinin nəticəsi olduğu bildirilir.
Açıqlamada vətəndaşlara hadisələri yalnız rəsmi mənbələrdən izləmələri tövsiyə edilib.