Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, əməliyyat Bursa Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən Türkiyə Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilib.
Eyni zamanda, əməliyyat zamanı M.Bozbeylə yanaşı, 54 nəfərin də saxlanıldığı vurğulanıb. Onların arasında M.Bozbeyin həyat yoldaşı Seden Bozbey və qızı Side Bozbey Gürer də var.
Xatırladaq ki, Bursa Böyükşəhər Bələdiyyəsi Türkiyənin ana müxalifət partiyası CHP-nin nəzarətindədir.