Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi Türk Dünyası Parlamentlərarası Futbol Turniri Antalyada davam edir.
Manset.az-ın məlumatına görə, Türkiyə və Azərbaycan yığması arasında baş tutan final oyununun 20-ci dəqiqəsində deputat Kamran Bayramov yıxılıb. Ayağından ciddi zədə alan millət vəkili həkimlərin müşayiəti ilə meydançanı tərk edib.
Qeyd edək ki, “Türk Telekom”un sponsorluğu ilə keçirilən turnirdə Türkiyənin üç komandasından əlavə, Azərbaycan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) da iştirak edib.