Bakı yağış sularından belə təmizlənir - VİDEO

15:17 - 06 Aprel 2026

Bakı yağış sularından belə təmizlənir - VİDEO

Bir neçə gündür davam edən intensiv yağışlardan sonra Bakının müxtəlif ərazilərində yağış suyunun kənarlaşdırılması ilə bağlı işlər görülür.


Bu barədə Manset.az-a ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda Digah kəndi, Bakıxanov küçəsinə yığılan yağış suları Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən kənarlaşdırılır.

Qaradağ rayonunda Ələtdən Bakıya gələn yolun Lökbatan dairəsinin yaxınlığında olan hissəsi və Lökbatan körpüsünün altına yığılan su nasos vasitəsilə çəkilir.

O cümlədən, Sabunçu vağzalının qarşısına toplanan yağış suyu da ərazidən kənarlaşdırılır.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az