Azərbaycanlı oğrular market işçisini tək yumruqla yerə sərdi - ANBAAN VİDEO

17:03 - 06 Aprel 2026

Azərbaycanlı oğrular market işçisini tək yumruqla yerə sərdi - ANBAAN VİDEO

İstanbulun Küçükçekmece ərazisində bir marketdə azərbaycanlı olduqları iddia edilən iki şəxslə market işçisi arasında münaqişə yaşanıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Atatürk Mahallesində yerləşən marketdə baş verib. İşçi iki müştəridən şübhələnib. İşçi onların yanlarına yaxınlaşdığı zaman şübhəlilərdən biri ona ani bir yumruq vurub. Zərbə alan market işçisi əvvəlcə başını dondurucuya çırpıb, sonra isə yerə yıxılıb.


Həmin anlar təhlükəsizlik kamerasına yansıyıb. Hadisə ilə bağlı araşdırma başladılıb.


Polis əməkdaşları tərəfindən ələ keçirilən iki şübhəlinin xarici vətəndaşlar İ.N. və R.S. olduğu müəyyən edilib. Şübhəlilər cinayətlərini etiraf edib. 


Həmin görüntüləri təqdim edirik:




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az