logo
logo logo
logo

Bakıda kişi yemək bişirməyən arvadını döydü

18:31 - 19 İyun 2026

Bakıda kişi yemək bişirməyən arvadını döydü

Bakıda kişi yemək bişirməyən arvadını döyüb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən binalardan birində qeydə alınıb.

İttiham aktına görə, "8-ci kilometr" bazarında meyvə-tərəvəz satıcısı işləyən 34 yaşlı Səməd Rzayev (ad və soyad şərtidir) yemək bişirmədiyi üçün arvadına irad bildirib. Bu zaman ər-arvad arasında mübahisə yaranıb. Hiddətlənən Səməd əl zərbələri ilə qadının başına dəfələrlə zərbə vuraraq, bir sıra xəsarətlər yetirib.

Bu əməlinə görə, Səməd Rzayev saxlanılıb və barəsində cinayət işi başlanıb.

Zərərçəkən şəxs ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Səməd Rzayev məsuliyyətdən azad edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az