logo
logo logo
logo

Təbiətə 90 mindən çox ziyan vuruldu

23:47 - 19 İyun 2026

Təbiətə 90 mindən çox ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərlərində, Abşeron, Xaçmaz və İsmayıllı rayonları ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Manset.az xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Vüsal Məhərrəmov küçəsində, Gəncə şəhəri Gülüstan qəsəbəsi Bülbül küçəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində, Quba rayonu Təngəaltı, Xaçmaz rayonu Çaykənarı və İsmayıllı rayonu Zərnava kəndlərinin ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 90 760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az