logo
logo logo
logo

"9 mindən çox müəllimin əmək müqaviləsinə xitam verilib"

10:25 - 30 İyun 2026

\"9 mindən çox müəllimin əmək müqaviləsinə xitam verilib\"

2022-2026-cı illər ərzində təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib. 


Manset.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı deyib. 

Nazirin sözlərinə görə, sözügedən müəllimlərdən təxminən 60 818 müəllimin əməkhaqqına 10% əlavə edilib. Yüksək nəticə göstərmiş 30 590 müəllimin maaşı 35% artıb.

Ümumilikdə isə 91 408 müəllimin əməkhaqqına əlavələr edilib.

E.Əmrullayev qeyd edib ki, hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib. 

Nazir həmçinin qeyd edib ki, bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az