"Məktəblərdə şagirdlərə süni intellekti öyrətmək çətindir".
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, hazırda Azərbaycanda 1,5 milyona yaxın şagirdə 150 mindən çox təhsil işçisi təhsil verir:
"Belə genişmiqyaslı tədris prosesində şagirdlərə süni intellekti öyrətmək asan deyil və bunun üçün ilk növbədə bu sahəni yaxşı bilən müəllimlər hazırlanmalıdır".