logo
logo logo
logo

QHT.az saytının 11 yaşı tamam olur

15:42 - 11 İyul 2026

QHT.az saytının 11 yaşı tamam olur

QHT.az saytının fəaliyyətə başlamasından 11 il ötür. 2015-ci ildə yaradılan sayt qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandıran ixtisaslaşmış informasiya platforması kimi fəaliyyət göstərir.


Manset.az xəbər verir ki, QHT.az-ın əsas məqsədi QHT-lərin fəaliyyətini cəmiyyətə daha dolğun və əlçatan şəkildə təqdim etmək, vətəndaş cəmiyyətində baş verən prosesləri işıqlandırmaq, QHT sədrlərinin, ekspertlərin və ictimai fəalların fikir və təkliflərinə informasiya platforması yaratmaqdır.

Heç bir qurumun mövqeyini ifadə etməyən QHT.az müstəqil internet portalı kimi fəaliyyət göstərir. Saytın əsas tərəfdaşları isə qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələridir.

Fəaliyyət göstərdiyi 11 il ərzində QHT.az yüzlərlə qeyri-hökumət təşkilatının layihə və təşəbbüslərini, ictimai əhəmiyyətli tədbirlərini, araşdırmalarını, hesabatlarını və sosial fəaliyyətlərini geniş auditoriyaya çatdırıb.

Vətəndaş cəmiyyətinin inkişafına informasiya dəstəyi göstərməyi qarşısına məqsəd qoyan QHT.az bu gün ixtisaslaşmış media subyektləri sırasında özünəməxsus yerə və geniş oxucu auditoriyasına malikdir.

QHT.az sosial yönümlü və davamlı media layihəsidir. Platformanın 11 il ərzində fasiləsiz fəaliyyət göstərməsində onunla əməkdaşlıq edən QHT-lərin, ekspertlərin, müəlliflərin və oxucuların mühüm rolu olub.

Məhdud imkanlara baxmayaraq, QHT.az ötən dövrdə vətəndaş cəmiyyətinin informasiya ehtiyaclarının qarşılanması, QHT-lərin fəaliyyətinin ictimaiyyətə çatdırılması və bu sahədə ictimai müzakirələrin təşviqi istiqamətində fəaliyyətini davam etdirib.

Dəfələrlə müxtəlif yerli və xarici qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub. Onlayn Media subyeki olaraq QHT.az 18 yanvar 2023-cü ildə Medianın İnkişafı Agentliyi tərəfindən media reyestrinə daxil edilib.
 
QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həm də İnformasiya və Sosial Təşəbbüslərə Dəstək ictimai birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına töhfə verən bir neçə uğurlu layihənin müəllifidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az