logo
logo logo
logo

Alıcı kimi evə girib 5000 manatlıq qızılı oğurladı

17:45 - 30 İyul 2026

Alıcı kimi evə girib 5000 manatlıq qızılı oğurladı

Abşeron rayonunda yerləşən fərdi yaşayış evlərindən birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub. O, evdə olan 5000 manat dəyərində qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az