Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul aparılacaq ixtisaslar üçün minimal bal tələblərini müəyyən edib.
Universitetdən bildirilib ki, beynəlxalq tədris proqramları, peşəkar akademik heyət və müasir infrastruktur abituriyentlərə keyfiyyətli ali təhsil imkanları təqdim edir.
Qarabağ Universiteti yüksək nəticə əldə etməyi hədəfləyən abituriyentləri yeni tədris ilində tələbələri sırasında görməyə hazırdır.