Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 31 ünvanının sakinləri ərazidə sahibsiz itlərin çoxalmasından narahat olduqlarını bildiriblər.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, xüsusilə gecə saatlarında küçənin girişlərində 2-3, bəzən isə daha çox sahibsiz it toplaşır.
Sakinlərin sözlərinə görə, bu səbəbdən küçədə rahat hərəkət edə bilmirlər və azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq keçirirlər.
Görüntüləri təqdim edirik: