logo
logo logo
logo

"Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub" - Nazir müavini

13:00 - 02 Avqust 2026

\"Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub\" - Nazir müavini

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub.


Manset.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərin təbliği və tərənnümünə xidmət edib.

"Nəriman Həsənzadənin poeziyasının əsas qayəsini vətənpərvərlik və humanizm təşkil edir. Onun şerləri, poemaları və dram əsərləri Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. O, şair olmaqla yanaşı, uzun illər ölkənin ədəbi və ictimai mühitində xüsusi rol oynayıb. Azərbaycan mədəniyyəti və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib", – deyə nazir müavini vurğulayıb.

S. Yusifova çıxışının sonunda mədəniyyət naziri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az