Faktiki hava AÇIQLANDI

19:56 - 18 Yanvar 2022

Faktiki hava AÇIQLANDI

Bu gün saat 19:00-a olan məlumata əsasən, gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

Manşet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az