logo
logo logo
logo

Həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı - VİDEO

14:46 - 25 Avqust 2026

Həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı - VİDEO

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.


Manset.az xəbər verir ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Gündüz Tağıyev saxlanılıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 46 ədəd narkotik tərkibli bitki aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az