logo
logo logo
logo

ADSEA rəqəmsal QR Bələdçi platformasını istifadəyə verdi - VİDEO

16:00 - 25 Avqust 2026

ADSEA rəqəmsal QR Bələdçi platformasını istifadəyə verdi - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) vətəndaşların su xidmətləri ilə bağlı zəruri məlumatlara və xidmətlərə çıxışının daha da asanlaşdırılması məqsədilə yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib.


Manset.az Agentliyə istinadən xəbər verir ki, QR Bələdçi su xidmətləri üzrə zəruri məlumat və xidmətləri vahid platformada birləşdirən, vətəndaşların müvafiq xidmətlərə rahat və operativ çıxışını təmin edən yeni rəqəmsal həlldir.

Platformada Agentliyin müvafiq qurumlarının göstərdiyi xidmətlər, müraciət qaydaları və vətəndaşlar üçün faydalı məlumatlar sistemli və aydın formada təqdim olunur.

Platformanın əsas üstünlüklərindən biri xidmət və məlumatların ərazi üzrə uyğunlaşdırılmasıdır. İstifadəçi QR kodu oxudaraq müvafiq şəhər və yaxud rayonu seçir. Seçim əsasında həmin əraziyə xidmət göstərən qurum müəyyən edilir və müvafiq xidmətlər istifadəçi üçün əlçatan olur.

QR Bələdçinin analitik imkanları həmçinin istifadəçi davranışlarının təhlilinə və platformanın davamlı təkmilləşdirilməsinə imkan yaradır. Əldə olunan göstəricilər istifadəçi ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə və davamlı təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, QR Bələdçinin funksionallığının mərhələli şəkildə genişləndirilməsi və gələcəkdə yeni funksiyaların əlavə olunması nəzərdə tutulur.

Yeni həll su xidmətləri üzrə vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə, zəruri xidmətlərə çıxışın sadələşdirilməsinə və rəqəmsal xidmətlərdən istifadənin daha çevik təşkilinə xidmət edir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az