logo
logo logo
logo

Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı 

11:02 - 03 Sentyabr 2026

Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı 

Rüşvət ittihamından bəraət alan  keçmiş gömrük inspektoruna təzminat ödəniləcək.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə bəraət almış Mirağa Ağayevin təzminat tələbini qismən təmin edib.

Eks-gömrükçü cinayət məsuliyyətinə cəlb edilməsi və həbsdə saxlanılması nəticəsində itirdiyi qazanca görə 5 min manat maddi, mənəvi ziyana görə isə 10 min manat kompensasiya tələb edib.

Məhkəmə maddi ziyanla bağlı tələbi əsaslı saymayıb. Yalnız mənəvi ziyana görə iddiaçıya 5 min manat təzminat kəsilib.

M.Ağayev paralel olaraq işinə bərpa olunması tələbini də irəli sürüb.

Lakin Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndəsi sabiq əməkdaşlarının işə qayıtmasına etiraz edib. Məhkəmə də bu yöndə qərar verib. İddaçının Bakı Baş Gömrük İdarrəsindəki işinə bərpa edilməsi tələbi rədd edilib.

Xatırladaq ki, M. Ağayev və bir neçə gömrükçü 2021-ci ildə prokurorluğun apardığı əməliyyat nəticəsində  həbs olunmuşdu.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, biri istisna olmaqla, digər gömrükçülərə şərti cəza, Mirağa Ağayevə isə bəraət verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az