Azərbaycanda “Omicron”a yoluxanların vəziyyəti necədir?

13:47 - 21 Yanvar 2022

Azərbaycanda “Omicron”a yoluxanların vəziyyəti necədir?

"Bundan öncə seçmə yolu ilə "Omicron" ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur".

 

Manset.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda “Omicron” yayılmağa başladığı ölkələrdə "Delta" ştamını üstələyir və yoluxmaların əksəriyyətinin “Omicron” ilə əlaqəli olduğu bildirilir:

"Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az