Son sutkanın yoluxma statistikası

16:45 - 21 Yanvar 2022

Son sutkanın yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib, aktiv xəstə sayı 10 683 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7795, ötən müddət ərzində isə ümumilikdə 6 045 582 test aparılıb.

 

Ötən sutkada koronavirus əleyhinə 8 471 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 831 217 təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az