logo
logo logo
logo

"10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib” - Zakir İbrahimov

13:09 - 25 Sentyabr 2026

\"10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib” - Zakir İbrahimov

10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə "AzerGold" QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Manset.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2,3 milyard manat gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin edilib:

"Bu göstəricilər ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına və dövlət gəlirlərinin formalaşmasına verilən töhfəni əks etdirir".

Z. İbrahimov bildirib ki, bu illər ərzində əldə edilən nəticələr əsasında dövlətin bu sahəyə diqqəti və xüsusi qayğısı nəticəsində Dövlət Proqramının icrası və Azərbaycanda müasir dağ-mədən sənayesinin genişləndirilməsi üçün artıq müəyyən edilmiş baza və institusional təcrübə mövcuddur. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az