logo
logo logo
logo

"Çinlə münasibətlərimiz heç vaxt indiki qədər yaxşı olmayıb" - Tramp

09:35 - 25 Sentyabr 2026

\"Çinlə münasibətlərimiz heç vaxt indiki qədər yaxşı olmayıb\" - Tramp

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Çin Xalq Respublikasının Sədri Si Cinpini qəbul edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin şərəfinə Ağ Evdə təşkil etdiyi şam yeməyində iki ölkə arasındakı münasibətlərdən bəhs edib.

ABŞ ilə Çin arasında münasibətlərin son dövrdə yaxşılaşdığını vurğulayan Tramp deyib: “İki ölkənin rəhbərləri olaraq Sədr Si və mən fərqli sistemləri təmsil etdiyimizi bilirik. Lakin xalqlarımız arasında əlaqələr davam edir. Münasibətlərimiz heç vaxt indiki qədər yaxşı olmayıb”.

Tramp Vaşinqtonla Pekin arasında uzun müddətdir davam edən fikir ayrılıqlarına baxmayaraq, bu sözlərinin iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi olduğunu bildirib.

Şam yeməyi zamanı Tramp Sədr Si Cinpinə amerikalı sənətkar tərəfindən hazırlanmış sənət əsəri də hədiyyə edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az